Yuxarı

​"Ermənistan Elektrik Şəbəkəsi"nin baş direktoru Yerevanı tərk edib

Qurumun mətbuat katibi: Onun nə vaxt qayıdacağını bilmirəm

Bakı. 25 iyun. REPORT.AZ/ "Ermənistan Elektrik Şəbəkəsi" şirkətinin baş direktoru Yevgeni Bibin qeyri-müəyyən müddətə Yerevanı tərk edib və Moskvaya gedib.

"Report" xəbər verir ki, bu barədə Ermənistanda çıxan "Joxovurd" qəzeti yazıb.

Məlumata görə, qəzet şirkətin mətbuat xidmətinə elektrik enerjisinin bahalanması və ölkədə baş verənlərə şəbəkə rəhbərliyinin münasibətini öyrənmək istəyib. Bunun üçün şirkətin mətbuat katibi Natali Sarcanyana müraciət ediblər. O, məsələyə münasibət bildirməkdə çətinlik çəkdiyini deyib: "Yevgeni Bibin şirkətin Direktorlar Şurasının toplantısında iştirak etmək üçün Moskvaya gedib. O məzuniyyətdədir. Nə vaxt qayıdacağını bilmirəm".

"Ermənistan Elektrik Şəbəkəsi"nin yiyəsi Rusiyanın "İnter RAO EES" şirkətidir.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiyalar davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi