Rəsmi statistika: ​Ermənistan əhalisinin sayı azalıb

Rəsmi statistika: ​Ermənistan əhalisinin sayı azalıb Ölənlərin sayı əvvəlki illə müqayisədə 2,5% artıb
Region
2 Fevral , 2015 15:13
Rəsmi statistika: ​Ermənistan əhalisinin sayı azalıb

Bakı. 2 fevral. REPORT.AZ/ "2014-cü ilin yanvar ayı ilə müqayisədə 2015-ci ilin müvafiq dövründə Ermənistan əhalisinin sayı 6 500 nəfər azalıb".

"Report" "News.am"a istinadən xəbər verir ki, bunu fevralın 2-də Ermənistan Statistika Xidmətinin Əhalinin sayı və Demoqrafik bölməsinin sədri Karina Kuyumcyan deyib.

Onun sözlərinə görə, ötən ilin yanvarında ölkə əhalisinin sayı 3 milyon 18 min 100 nəfər olduğu halda, bu il 6 500 nəfər azalaraq, 3 milyon 10 min. 600 nəfər olub.

K.Kuyumcyan deyib ki, 2013-cü ildə ölü doğulan körpələrin sayı 711 olduğu halda, 2014-cü ildə bu rəqəm 751 olub.

Bölmə sədri bildirib ki, 2014-cü ildə ölkədə 27 min 872 nəfər ölüb. Bu isə əvvəlki illə müqayisədə 2,5% artıqdır.

Son xəbərlər

Orphus sistemi