Yuxarı

​Ermənistan baş nazirinin ailəsinin inhisarçılığına etiraz olaraq askiya keçirilib

Baş nazirin qohumları bildirib ki, bu sahə ailəyə məxsusdur

Bakı. 4 may. REPORT.AZ/ Ermənistanın baş naziri Ovik Abramyanın ailəsinin inhisarçılığına etiraz olaraq askiya keçirilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, etirazçılar Sevan-Yerevan avtomobil yolunu kəsiblər.

Məlumata görə, baş nazirin ailəsi xərçəng alveri ilə məşğuldur. Onlar Ermənistanın Geqarkunik vilayətinin Noratus kəndinin sakinlərinin xərçəng ixrac etməsini qadağan ediblər. Baş nazirin qohumları bildirib ki, bu sahə ailəyə məxsusdur və kəndlilər bununla məşğul olmaq istəyirlərsə, xərçəngi yalnız ailəyə sata bilərlər.

Abramyanın qohumlarının bu davranışı sakinlərin etirazına səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi