Yuxarı

​Erməni deputat: "Aİİ-yə üzv olmağımıza baxmayaraq, iqtisadi vəziyyətimiz pisləşib"

Bütövlükdə vəziyyətin pisləşdiyini hamı bilir

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Avroasiya İqtisadi İttifaqına (Aİİ -"Report") daxil olmağımıza baxmayaraq, Ermənistanda iqtisadi vəziyyət pisləşib".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hakim Respublikaçılar Partiyasından olan deputat, "Sovrano" şirkətinin sahibi Arman Saakyan bildirib.

"Ticarətlə məşğul olan bir çox şirkətlər də ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını təsdiqləyə bilər", - o, vurğulayıb.

"Ukraynadakı vəziyyət sizin şirkətin fəaliyyətinə necə təsir edib" - sualına cavabında deputat-sahibkar deyib: "Prinsipial olaraq təsir etməsə də, bütövlükdə vəziyyətin pisləşdiyini hamı bilir".

Qeyd edək ki, Arman Saakyan şirkətinin bütün mallarını Ukraynadan idxal edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi