​Erməni deputat: "Aİİ-yə üzv olmağımıza baxmayaraq, iqtisadi vəziyyətimiz pisləşib"

​Erməni deputat: "Aİİ-yə üzv olmağımıza baxmayaraq, iqtisadi vəziyyətimiz pisləşib" "Bütövlükdə vəziyyətin pisləşdiyini hamı bilir"
Region
7 Oktyabr , 2015 13:58
​Erməni deputat: Aİİ-yə üzv olmağımıza baxmayaraq, iqtisadi vəziyyətimiz pisləşib

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Avroasiya İqtisadi İttifaqına (Aİİ -"Report") daxil olmağımıza baxmayaraq, Ermənistanda iqtisadi vəziyyət pisləşib".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hakim Respublikaçılar Partiyasından olan deputat, "Sovrano" şirkətinin sahibi Arman Saakyan bildirib.

"Ticarətlə məşğul olan bir çox şirkətlər də ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını təsdiqləyə bilər", - o, vurğulayıb.

"Ukraynadakı vəziyyət sizin şirkətin fəaliyyətinə necə təsir edib" - sualına cavabında deputat-sahibkar deyib: "Prinsipial olaraq təsir etməsə də, bütövlükdə vəziyyətin pisləşdiyini hamı bilir".

Qeyd edək ki, Arman Saakyan şirkətinin bütün mallarını Ukraynadan idxal edir. 

Son xəbərlər

Orphus sistemi