​Ərdoğana qarşı sui-qəsddə iştiraka görə yaxalanan hərbçilərin sayı 7-yə çatıb - YENİLƏNİB

​Ərdoğana qarşı sui-qəsddə iştiraka görə yaxalanan hərbçilərin sayı 7-yə çatıb - YENİLƏNİB Hazırda qaçaq 10 qiyamçı hərbçinin axtarışları davam etdirilir
Region
25 İyul , 2016 20:08
​Ərdoğana qarşı sui-qəsddə iştiraka görə yaxalanan hərbçilərin sayı 7-yə çatıb - YENİLƏNİB

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd əməliyyatında iştiraka görə yaxalanan hərbçilərin sayı 7-yə çatıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Muğla vilayətinin Marmaris rayonunda dövlət başçısının qaldığı otelə çıxdıqdan sonra hücum edən hərbçilərdən 4-ü tutulub. Bu gün günorta saatlarında onlardan 3-ü yaxalanmışdı. 

Hazırda qaçaq 10 qiyamçı hərbçinin axtarışları davam etdirilir. 

*** 17:00 

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd əməliyyatında iştirak etmiş daha üç hərbçi yaxalanıb.

"Report" "Hürriyete"ə istinadən xəbər verir ki, həmin şəxslər dövlət başçısının qaldığı otelə hücum zamanı iki polisi şəhid edib qaçıblar. 

Xüsusi təyinatlı dəstədən olan qiyamçı hərbçilər Marmaris rayonundakı dağlıq ərazidə saxlanılıblar. Onların gətirilməsi üçün əraziyə helikopter göndərilib. 

Məlumatda həmçinin daha 4 qaçaq hərbçinin axtarışlarının davam etdirildiyi bildirilib. 

Son xəbərlər

Orphus sistemi