Ərdoğan və Tramp ABŞ-ın Suriyadan çıxmasını müzakirə ediblər

Ərdoğan və Tramp ABŞ-ın Suriyadan çıxmasını müzakirə ediblər Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp ilə telefon söhbəti edib.
Region
24 Dekabr , 2018 02:35
Ərdoğan və Tramp ABŞ-ın Suriyadan çıxmasını müzakirə ediblər

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp ilə telefon söhbəti edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin dövlət başçısı administrasiyası məlumat yayıb.

Məlumata görə, prezidentlər gündəlikdə duran ikitərəfli məsələləri, həmçinin Suriyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan söhbət zamanı ABŞ administrasiyasının Suriyada terrorçuluq ilə mübarizə sahəsində atdığı addımlardan razılığını ifadə edib.

Liderlər, Amerika qoşunlarının Suriyadan çıxarılması zamanı və onunla əlaqədar keçid mərhələsində sui-istifadəyə yol aça biləcək güc vakuumundan yayınmaq üçün iki ölkə hərbçiləri, diplomatları və digər səlahiyyətli şəxsləri arasında koordinasiyanı təmin etməyi razılaşdırıblar.

Daha əvvəl Ərdoğan Trampın Suriya ilə bağlı qərarına münasibət bildirib.

Son xəbərlər

Orphus sistemi