Ərdoğan: "Türkiyə-Özbəkistan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib"

Ərdoğan: "Türkiyə-Özbəkistan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib" Bakı. 30 aprel. REPORT.AZ/ “Türkiyə-Özbəkistan arasında hərbi, siyasi və iqtisadi sahələrə dair məsələləri müzakirə etdik”.
Region
30 Aprel , 2018 15:02
Ərdoğan: Türkiyə-Özbəkistan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS

Bakı. 30 aprel. REPORT.AZ/ “Türkiyə-Özbəkistan arasında hərbi, siyasi və iqtisadi sahələrə dair məsələləri müzakirə etdik”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğan Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə keçirdiyi mətbuat konfransında bildirib.

“Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılıb. Onun ilk iclası Türkiyədə keçiriləcək. Türkiyə-Özbəkistan əlaqələrini strateji əməkdaşlıq səviyyəsinə gətirmişik. İki dövlət arasında 25 müqavilə imzalandı. Özbəkistan prezidentinin də dediyi kimi, indiyədək bu səviyyədə müqavilələr imzalanmayıb”, - Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığını 5 milyard dollara yüksəltmək niyyətində olduqlarını söyləyib: "Bu rəqəmi daha yuxarı da qaldırmaq olar. Çünki 2017-ci ildə 1,23 milyard dollar olub, hazırda isə 1,5 milyard dollar səviyyəsindədir. Bu, mənə atalar sözünü xatırladır: “Bir kişi arx qazar, min kişi su içər”. Özbəkistan prezidenti atdığı bu addımla bölgə üçün yeni bir su arxı tikir. Özbəkistanın Tacikistan və Qırğız Respublikası ilə əlaqələri bizi də məmnun edir". 

Son xəbərlər

Orphus sistemi