Yuxarı

Ərdoğan Türk dünyasını Novruz Bayramı münasibətilə təbrik edib

“Ümud edirəm ki, Novruz yeni bir dövrə vəsilə olacaq”

Bakı. 21 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasını Novruz Bayramını münasibətilə təbrik edib. "Report"un TRT telekanalına istinadən verdiyi xəbərə görə, "21 Mart Dünya Novruz Günü" münasibətilə xüsusi bəyanatla ilə çıxış edən R.T.Ərdoğan, "geniş coğrafiyada minillərdir qeyd olunan Novruz bayramını birliyin, bərabərliyin, qardaşlığın rəmzi" olaraq xarakterizə edib.

Türkiyə dövlət başçısı, Birləşmiş Millətlər Təşkilatının qərarı 2010-ci ildən etibarən ilə bütün dünyada qeyd edilən bu bayramın bəşəriyyətə sülh və əminamanlıq bəxş etməsini arzu edib.

“Ümud edirəm ki, Novruz yeni bir dövrə vəsilə olacaq”, deyə R.T.Ərdoğan vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi