Yuxarı

Ərdoğan: "Keçən ilin yayından bəri 300-dən çox hərbçimiz terrorçuluğa qarşı mübarizədə şəhid olub"

İŞİD Kobaniyə hücum etdikdən sonra 200 min kürd qaçqınına Türkiyədə sığınacaq verdik

Bakı. 24 fevral. REPORT.AZ/ "Zalım Bəşşar Əsəd kürdlərə vətəndaşlıq pasportu belə vermirdi. Ancaq indi araları düzəlib. İndi həmkarlıq edirlər. İŞİD Kobaniyə (Ayn əl-Ərəb) hücum etdikdən sonra 200 min kürd qaçqınına Türkiyədə sığınacaq verdik. Milyonlarla qardaşımız kimi, dünyadakı kürdləri də bağrımıza basırıq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının 21-ci toplantısındakı çıxışı zamanı deyib.

Fevralın 17-də 28 nəfərin ölmünə, 61 nəfərin yaralanmasına bais olan terrorçunun dəfnində iştirak edən Xalqların Demokratik Partiyasından olan kürd əsilli deputatları nəzərdə tutan Türkiyə prezidenti deyib: "Bunlar millət vəkili deyil, terrorçudurlar".

"2015-ci ilin iyun ayından indiyədək 300-dən çox hərbçimiz terrorçuluğa qarşı mübarizədə şəhid olub. Bu müddət ərzində 200-ə yaxın vətəndaşımız terrorun qurbanı olub. Bütün bunlara baxmayaraq, Türkiyə bölgəsində terrora və terrorçuluğa qarşıdır" - deyə o söyləyib.

Ərdoğan Suriyada atəşkəsi dəstəklədiklərini də bildirib: "İŞİD-ə qarşı mübarizə adı altında Suriyaya girən Rusiya atəşkəsinin də yenə suriyalılara ziyan vuracağından qorxuram. "Əl-Nusra" İŞİD-ə qarşı savaşır. Ona niyə pisdir, ancaq "YPG"yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu - "Report") isə yaxşı deyirsiniz?

"YPG", "PYD", İŞİD və "əl-Qaidə"... Bunlar terror qruplaşmalarıdır".

Onun sözlərinə görə, Suriya məsələsi Rusiya üçün bir çıraqdırsa, Türkiyə üçün həyat məsələsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi