Ərdoğan İsraili terror siyasəti aparmaqda ittiham edib

Ərdoğan İsraili terror siyasəti aparmaqda ittiham edib Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili dövlət səviyyəsində terror siyasəti aparmaqda ittiham edib.
Region
24 Dekabr , 2018 00:45
Ərdoğan İsraili terror siyasəti aparmaqda ittiham edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili dövlət səviyyəsində terror siyasəti aparmaqda ittiham edib.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, o bunu İstanbulda keçirilən mitinq zamanı deyib.

"Binyamin Netanyahu səhv siyasətçini tənqid edib. O, qapını səhv salıb. Mən Türkiyə prezidenti olaraq, bütün məzlumlara yardım əlimi uzadıram, İsrail hökumətinin başçısı isə dövlət terroru ilə məşğul olaraq şər işlər görür", - deyə Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, İsrail öz yaramazlıqlarına, bəşəriyyətə qarşı cinayətlərinə, axıdılan qanlara və dağıntılara cavab verməyincə, digərlərinin ünvanına ittihamla çıxış edə bilməz.

Son xəbərlər

Orphus sistemi