​Ərdoğan: "Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 4 min 60 nəfər həbs olunub"

​Ərdoğan: "Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 4 min 60 nəfər həbs olunub" Türkiyə prezidenti telefon vasitəsilə meydanda toplaşan insanlara müraciət edib
Region
23 İyul , 2016 03:56
​Ərdoğan: Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 4 min 60 nəfər həbs olunub

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdinə etiraz etmək üçün Antalya Cümhuriyyət meydanında toplaşmış vətəndaşlar qarşısında çıxış edən xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon vasitəsilə əlaqə saxlayıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı xarici işlər nazirinin telefonu vasitəsilə meydanda toplaşmış vətəndaşlara müraciət edib. Ərdoğan qeyd edib ki, hərbi yolla çevriliş etmək istəyənlər dövləti ələ keçirməyə çalışıblar.

Onlar həmçinin silahlı qüvvələrin, polisin, nazirliklərin, eləcə də digər dövlət orqanlarına nüfuz etməyə çalışıblar. Amma sonda məqsədlərinə nail olmayıblar. Həmin şəxslər qarşılarında Türkiyə xalqını görüblər.

Türkiyə prezidenti dövlət çevrilişinə cəhddən sonra ölkənin 81 vilayətində hər gecə insanların küçələrdə toplaşaraq demokratiyaya dəstək verdiklərini bildirib.

Ərdoğan dövlət çevrilişinin qarşısını almağa çalışan 246 nəfər şəhid olduğunu, 2185 nəfər yaralandığını qeyd edərək, şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

"Tək millət dedik, tək bayraq dedik, tək vətən dedik, tək dövlət dedik. Siz bu meydanda tək millət olmağın ifadəçisi oldunuz. Şəhidlərimizin qanıyla rəngini almış bayrağımız müstəqilliyimizin ifadəsidir. Bayraqları bayraq edən üstündəki qandır, torpaq, uğrunda ölən varsa vətəndir.

Bizim dövlətimiz Türkiyə Cümhuriyyəti dövlətidir. Türkiyə Cümhuriyyəti dövləti olaraq bir də paralel dövlət elan etdilər" – deyə prezident qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, dövlət çevrilişinə cəhdlə bağlı hazırda 10 min 415 nəfər istintaqa cəlb olunub, 4 min 60 nəfər həbs edilib. Bunların 103-ü general, 80 nəfəri polis zabiti, hüquq-mühafizə orqanlarının rəhbər işçiləridir.

"Bir olacağıq, fəal olacağıq, birlikdə olacağıq, qardaş olacağıq, birlikdə Türkiyə olacağıq" – deyən Türkiyə prezidenti vətəndaşlara ikinci göstərişə qədər meydanları boşaltmamağın vacib olduğunu vurğulayıb.   

Son xəbərlər

Orphus sistemi