Yuxarı

​Ərdoğan Böyük Millət Məclisi deputatlarının toxunulmazlığının ləğvi haqda qanunu təsdiqləyib

Qanun Resmi Gazetedə dərc edildikdən sonra qüvvəyə minəcək

Bakı. 8 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamenti deputatlarının toxunulmazlığının götürülməsi barədə qanunu imzalayıb. "Report"un məlumatına görə, bu haqda Türkiyə Prezidenti administrasiyasının məlumatında bildirilir.

"Prezident baş nazirin aparatına dərc edilməsi üçün "Türkiyə Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi Haqqında" qanunu göndərib" - deyə məlumatda deyilir.

Qanun "Resmi Gazete"də dərc edildikdən sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi ötən ay qanun layihəsini qəbul edib. 550 parlamentaridən 376 nəfəri qanunun lehinə səs verib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası qanunun lehinə çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi