​Ərdoğan Böyük Millət Məclisi deputatlarının toxunulmazlığının ləğvi haqda qanunu təsdiqləyib

​Ərdoğan Böyük Millət Məclisi deputatlarının toxunulmazlığının ləğvi haqda qanunu təsdiqləyib Qanun "Resmi Gazete"də dərc edildikdən sonra qüvvəyə minəcək
Region
8 İyun , 2016 05:38
​Ərdoğan Böyük Millət Məclisi deputatlarının toxunulmazlığının ləğvi haqda qanunu təsdiqləyib

Bakı. 8 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamenti deputatlarının toxunulmazlığının götürülməsi barədə qanunu imzalayıb. "Report"un məlumatına görə, bu haqda Türkiyə Prezidenti administrasiyasının məlumatında bildirilir.

"Prezident baş nazirin aparatına dərc edilməsi üçün "Türkiyə Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi Haqqında" qanunu göndərib" - deyə məlumatda deyilir.

Qanun "Resmi Gazete"də dərc edildikdən sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi ötən ay qanun layihəsini qəbul edib. 550 parlamentaridən 376 nəfəri qanunun lehinə səs verib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası qanunun lehinə çıxış edib. 

Son xəbərlər

Orphus sistemi