Yuxarı

Ərdoğan: "Bəzi ayağı palçıqlılar Suriyadan bizi təhdid edirlər"

Türkiyə prezidenti: Nə edirlər, etsinlər, Türkiyəyə mane ola bilməyəcəklər
© REUTERS/ Brendan McDermid — Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Bakı. 15 yanvar. REPORT.AZ/ "Biz dünyaya millət və milliyyətin mənasını öyrədən bir millətik".

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazan Elektrik İstehsalı Müəssisəsinin açılışında bildirib.

O vurğulayıb ki, Türkiyə əvvəlki Türkiyə deyil: “Artıq yeni Türkiyə var. Bu gün arı yuvasına çöp soxulduğunu görürük. Suriya, İraq və Avropada baş verən hadisələrin heç biri bu səhnədən uzaq deyil. Nə edirlər, etsinlər, bizə mane ola bilməyəcəklər. Bəziləri Türkiyəyə yerini, sözünü bilsin deyirlər. Ancaq biz Türkiyəyik, biz sıradan bir çadır dövləti deyilik. Bu millət saraylardan doğulub. Bəzi ayağı palçıqlılar Suriyadan bizi təhdid edirlər. PYD, YPG, İŞİD, hamınız birdən gəlin, nə olursunuzsa olun, hamısı başınıza dəyəcək. Bunun başqa çarəsi yoxdur”.

Ərdoğan deyib ki, Türkiyə ordusu Suriyada terrorçuların məskən saldıqları əraziləri hazırda artilleriya atəşinə tutur və atəşi davam etdirəcəklər: “Bunun başqa yolu yoxdur. Yoxsa sərhədlərimizin daxilinə çəkilib sizin vurmağınızımı gözləyəcəyik. İŞİD deyilən terror qruplaşmasını başqa bir terror dəstəsi ilə məhv etməyə cəhd göstərməyinizi qəbul etmirik. Əgər strateji müttəfiqiysə, bu işi bizimlə birlikdə görmək məcburiyyətindəsiniz. Bizim dediymiz nöqtəyə gələcəklər. Biz qərarımızı özümüz verdik, veririk. Hazırda əməliyyat davam edir”.

Dövlət başçısı bildirib ki, Türkiyə ordusu hər an Afrində hərbi əməliyyatlara başlaya bilər: “Bu əməliyyatları Suriyanın başqa bölgələrində də keçirəcəyik. 30 min terrorçudan sonuncusunu məhv edənədək əməliyyatları davam etdirəcəyik. Bizi təhdid edəcək bir qruplaşmanın yaranmasına icazə verməyəcəyik. “Gün doğmadan nələr doğar” deyiblər. Birlikdə hamısını görəcəyik. İndi ABŞ sərhədlərimiz boyu terror ordusu qurmağa qərar verib. Bizim işimiz bu terror ordusunu doğulmadan boğmaqdır. Orada 30 minlik terror qruplaşması yaradılıb. Onlara 4 800 TIR silah göndərilib. Nə göndərirsən, göndər, 30 minlik ordunun hamısı səni təmsil etməyəcək. O zaman strateji müttəfiqinin qarşısnda rəzil olacaqsan”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi