Yuxarı

​Əhməd Davudoğlu Rəcəb Tayyib Ərdoğanın qızının toyunda nikah şahidi olacaq

Nikah mərasiminə 6 min nəfərin qatılacağı gözlənilir

Bakı. 11 may. REPORT.AZ/ Türkiyənin istefa vermiş baş naziri Əhməd Davudoğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməya Ərdoğanla Səlcuq Bayrakdarın toyunda nikah şahidi olacaq.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, mayın 14-də olacaq nikah mərasiminə 6 min nəfərin qatılacağı gözlənilir.

R.T.Ərdoğan Türkiyənin 11-ci prezidenti Abdullah Gülə zəng edərək qızının toyuna dəvət edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi