​Əhməd Davudoğlu: "Ermənilər Azərbaycanın bir rayonundan çıxsaydı, sərhədlər açıla bilərdi"

​Əhməd Davudoğlu: "Ermənilər Azərbaycanın bir rayonundan çıxsaydı, sərhədlər açıla bilərdi" Baş nazir: "Türkiyə-Ermənistan münasibətləri Türkiyədəki ermənilərə təsir etməməlidir"
Region
13 Fevral , 2015 14:57
​Əhməd Davudoğlu: Ermənilər Azərbaycanın bir rayonundan çıxsaydı, sərhədlər açıla bilərdi

Bakı. 13 fevral. REPORT.AZ/ "Ermənilər Azərbaycanın bir rayonundan belə çıxsaydı, o zaman sərhədlər açıla bilərdi".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunda danışarkən deyib.

O, qeyri-müsəlmanların dini liderləri ilə keçirdiyi görüşdə Türkiyə-Ermənistan əlaqələrindən də danışıb: "Türkiyə-Ermənistan münasibətləri Türkiyədəki ermənilərə təsir etməməlidir".

Ermənilərin qondarma "soyqırımı" iddialarına işarə edən baş nazirin sözlərinə görə, 24 aprel tarixinin xüsusi yad edilməsinə ehtiyac yoxdur. 

Son xəbərlər

Orphus sistemi