Dövlət Dumasının deputatı: "Nikol Paşinyanın hərəkətlərində Rusiyada narahatlıq doğuran xeyli sayda populizm var"

Dövlət Dumasının deputatı: "Nikol Paşinyanın hərəkətlərində Rusiyada narahatlıq doğuran xeyli sayda populizm var" Dmitri Savelyev: "Bu gün Ermənistandan nə gözləmək lazım olduğunu bilmirik"
Region
26 Oktyabr , 2018 12:15
Dövlət Dumasının deputatı: Nikol Paşinyanın hərəkətlərində Rusiyada narahatlıq doğuran xeyli sayda populizm var

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Ermənistandakı vəziyyət qeyri-sabitliyə aparır, nəsə demək olmur. Bu gün Ermənistandan nə gözləmək lazım olduğunu bilmirik. Ölkədəki vəziyyət getdikcə daha çox siyasi xaosa bənzəyir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə rusiyalı deputat, Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev deyib.

Rusiyalı deputat bildirib ki, Nikol Paşinyan Ermənistan hökumətində əsas vəzifələrə qərbyönümlü insanları təyin edib və nəticədə ölkədə Qərb trendi üstünlük təşkil edirmiş kimi görünür.

"Hesab edirəm ki, bu qanlı Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Amma, eyni zamanda Paşinyanın hərəkətlərində və sözlərində Rusiyada narahatlıq doğuran xeyli sayda populizm olduğunu da başa düşürük", - D.Saveliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi