ABŞ Dövlət Departamentinin təmsilçisi Fətullah Gülənin təhvil verilməsi haqda sualı cavablandırmayıb

ABŞ Dövlət Departamentinin təmsilçisi Fətullah Gülənin təhvil verilməsi haqda sualı cavablandırmayıb Cen Psakı: "Bu kimi məsələlərlə bağlı narahatlığımızı əvvəllər də dilə gətirmişik"
Region
20 Dekabr , 2014 14:00
ABŞ Dövlət Departamentinin təmsilçisi Fətullah Gülənin təhvil verilməsi haqda sualı cavablandırmayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin təmsilçisi Fətullah Gülənin təhvil verilməsi haqda sualı cavablandırmayıb. 

Bu barədə "Report" Türkiyənin "haberturk" saytına istinadən xəbər verir.

Dövlət Departamentinin sözçüsü Cen Psakı Vaşinqtonda keçirdiyi mətbuat konfransında amerikalı müxbirin "Türkiyə məhkəməsi tərəfdarlarının hökuməti devirməyə cəhd" iddiası ilə Fətullah Gülənin tutulması haqda qərar çıxarıb. "Türkiyə hökuməti ABŞ-dan onun təhvil verilməsini istədimi? İstədilərsə, ABŞ onu təhvil verəcəkmi?" suallarına cavab olaraq, Psaki deyib: "Xəbərləri biz də gördük. Dövlət Departamenti bu tələblərlə bağlı şərh vermir. Təhvil verilmə məsələsini nə təsdiq, nə də inkar etmirik. Detalları Türkiyə hökumətindən soruşmalısınız".

Psaki həmin jurnalistin "Türkiyə hökuməti, yaxud məhkəmələri müxalifətə və fərqli fikirdə olanlara təzyiqlər etmək üçün hüquq-mühafizə sistemindən istifadə edirmi?" sualına cavabında isə bildirib: "Ümumi olaraq desək, bu kimi məsələlərlə bağlı narahatlığımızı əvvəllər də dilə gətirmişik. Məsələ ilə bağlı öncə dediklərimizə əlavəmiz yoxdur".

Son xəbərlər

Orphus sistemi