Yuxarı

​Dmitri Peskov: "Ermənistanda öldürülən hərbçi haqda Putinə məruzə ediləcək"

Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı. 15 iyun. REPORT.AZ/ "Gümrüdə Rusiya hərbçisinin öldürülməsi haqda prezident Vladimir Putinə məruz ediləcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Qətl haqda məlumat yenicə yayılıb. Odur ki, prezidentə məruzə edilməsi ilə bağlı sualınızı cavablandıra bilmirəm. Sözsüz ki, KİV-in məlumatı müvafiq quruma ötürüləcək", - o, jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, bu gün Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi İvan Novikov qətlə yetirilib. Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb.        

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi