Bakı. 15 iyun. REPORT.AZ/ "Gümrüdə Rusiya hərbçisinin öldürülməsi haqda prezident Vladimir Putinə məruz ediləcək".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Qətl haqda məlumat yenicə yayılıb. Odur ki, prezidentə məruzə edilməsi ilə bağlı sualınızı cavablandıra bilmirəm. Sözsüz ki, KİV-in məlumatı müvafiq quruma ötürüləcək", - o, jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, bu gün Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi İvan Novikov qətlə yetirilib. Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb.