Yuxarı
    Bağlamaq

    ​Diyarbəkirdə polisə hücum nəticəsində ölən və yaralanan var

    Polislərdən biri baş nayihəsindən, digəri ayağından və sinəsindən güllə yarası alıb

    Bakı. 24 iyul. REPORT.AZ/ Diyarbəkirdə naməlum şəxslərin polisə atəş açması nəticəsində bir nəfər qanun keşikçisi ölüb, digəri ağır yaralanıb. Bu barədə "Report" TRT-yə istinadən xəbər verir.

    Əldə olunan məlumata görə, naməlum şəxs 155 nömrəsinə zəng vuraraq, yolda qəza baş verdiyi haqda məlumat verib və yardım üçün hadisə yerinə polis patrulunun göndərilməsini xahiş edib.

    Polis avtomobili göstərilən ünvana gəlib. Lakin göstərilən hadisə yerində heç bir qəzanın olmadığını görüb polislər maşından düşüblər. Bu zaman bir qrup naməlum şəxs onları atəşə tutub.

    Polislərdən biri baş nayihəsindən, digəri ayağından və sinəsindən güllə yarası alıb.

    Başından güllə yarası alan polis əməkdaşı Tansu Aydın hadisə yerində dünyasını dəyişib, onun həmkarı isə ağır vəziyyətdədir.

    Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub, cinayətkarların tutulmasında iki helikopterdən də istifadə olunur . 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi