Yuxarı
    Bağlamaq

    ​Dəniz Baykal Türkiyə parlamentinin sədrliyinə namizəd olub - ƏLAVƏ OLUNUB

    Onun namizədliyini CHP irəli sürüb

    Bakı. 24 iyun. REPORT.AZ/ Cümhuriyyət Xalq Partiyası (CHP) Dəniz Baykalı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə namizədliyini irəli sürüb.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Xəbərə görə, bu qərar CHP-nin Ali Mərkəzi Şurasının 1,5 saat sürən toplantısında qəbul olunub. Partiya sədri Kamal Kılıcdaroğlu bir qədər sonra qurumun qərarını parlamentin müvvəqqəti sədri Dəniz Baykala təqdim edəcək.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi