Bakı. 24 iyun. REPORT.AZ/ Cümhuriyyət Xalq Partiyası (CHP) Dəniz Baykalı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə namizədliyini irəli sürüb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xəbərə görə, bu qərar CHP-nin Ali Mərkəzi Şurasının 1,5 saat sürən toplantısında qəbul olunub. Partiya sədri Kamal Kılıcdaroğlu bir qədər sonra qurumun qərarını parlamentin müvvəqqəti sədri Dəniz Baykala təqdim edəcək.