Yuxarı

​Davudoğlu: "Bizim Başikada olmağımız İraqın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir"

Qanuni İraq hökuməti qanuni idarəetmə orqanları yaradıncaya qədər, bizim burada olmağımız zəruridir

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bizim Başikada olmağımız İraqın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir və terror təhlükələri ilə mübarizə mahiyyəti daşıyır".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Ankaranın Esenboğa Hava Limanında Brüsselə səfər öncəsi keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Baş nazir mövzunu bu sözlərlə davam etdirib:

"Bizim Başikada olmağımız İraqın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir və terror təhlükələri ilə mübarizə mahiyyəti daşıyır. Qanuni İraq hökuməti qanuni idarəetmə orqanları yaradıncaya qədər, bizim burada olmağımız zəruridir. Türkiyə üçün təhlükə mənbəyi oradan başlayır, biz mümkün risklərin qarşısını alırıq. Hərbi mövcudluq da, bu siyasətin bir hissəsidir. Bizim Silahlı Qüvvələrimiz tam olaraq real vəziyyətə uyğun hərəkət etmək hüququna malikdirlər".

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə hakimiyyətini qoşunlarını İraqdan çıxarmağa və Ankaranı İraqın suverenliyinə hörmətlə yanaşmağa çağırmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi