Yuxarı

Davudoğlu: "Bəzi qüvvələr bölgədə birliyin yaranmasına mane oldu"

“2010-cu ildə Türkiyə, İordaniya, Livan və Suriya arasında birlik yaratmaq istədik. Lakin buna mane oldular

Bakı. 15 dekabr. REPORT.AZ/ Türkiyənin Baş naziri Əhməd Davudoğlu, bəzi qüvvələrin bölgədə birliyin yaranmasına mane olduğunu söyləyib.

"Report" TRT- telekanalına istinadən xəbər verir ki, Adanada Sənayeçilərə müraciətində, Bəşər Əsədin Suriyada demokratiya yaratmaq əvəzinə, öz xalqını qətlə yetirdiyini deyən Davudoğlu “Liderlik qabiliyyətinə sahib olmayan bəzi dövlət adamlarının yol açdığı fəlakətlərin, ən pis nümunəsi təəssüf ki, Suriyada yaşandı” deyə bildirib.

Davudoğlu, “Suriyada vətəndaş müharibəsindən əvvəl, 2010-cu ildə Türkiyə, İordaniya, Livan və Suriya arasında birlik yaratmaq istədik. Lakin buna mane oldular. Bəzi qüvvələr Yaxın Şərqin qan gölünə dönüşməsini istədilər” deyə vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi