Yuxarı

​Davudoğlu: "Aİ və Türkiyə iyunun sonunadək vizanın ləğvinə razılaşıb"

Baş nazir Ankaranın bunun üçün qarşısına qoyulan tələbləri yerinə yetirəcəyini bildirib

Bakı. 8 mart. REPORT.AZ/ Türkiyə cari ilin iyun ayının sonunadək şengen zonası ilə viza rejiminin liberallaşdırılmasının implementasiyasına ümid edir.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı-Türkiyə sammitindən sonra keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

"Biz Türkiyə olaraq viza rejiminin planlaşdırdığımızdan tez ləğv edilməsini tələb etdik. Şadam ki, biz vizanın liberallaşdırılmasının ən gec iyunun sonunda, Niderlandın prezidentliyi dövründə implementasiya olunması barədə razılığa gəldik. Biz qanunverici tələbləri yerinə yetirmək üçün öz işimizi görəcəyik, Aİ isə öz payına düşəni. Ümid edirik ki, iyunun sonunadək Türkiyə vətəndaşları şengen zonasına vizasız gedə biləcək", — deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi