Dağıstanda iki yaraqlı məhv edilib

Dağıstanda iki yaraqlı məhv edilib Onlar silahı buraxıb təslim olmaqdan imtina edib
Region
24 Dekabr , 2016 11:52
Dağıstanda iki yaraqlı məhv edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Dağıstanın təhlükəsizlik qüvvələri Şamil rayonunun Teletl kəndində iki yaraqlını məhv edib.

“Report”un "RİA Novosti" saytına istinadən verdiyi xəbərə görə, bu barədə respublikanın hüquq-mühafizə orqanlarından mənbə bildirib.

"Əməliyyat-axtarış tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Şamil rayonunun Teletl kəndi yaxınlığında iki yaraqlını aşkar edib, lakin yaraqlılar silahı buraxıb təslim olmaqdan imtina edib. Əməliyyat zamanı onlar məhv edilib", - mənbədən bildirilib.

Yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir. İlkin məlumatlara görə, onlar yerli cinayətkar dəstənin üzvləri olub.

Son xəbərlər

Orphus sistemi