Bakı. 24 dekabr. REPORT.AZ/ Dağıstanın təhlükəsizlik qüvvələri Şamil rayonunun Teletl kəndində iki yaraqlını məhv edib.
“Report”un "RİA Novosti" saytına istinadən verdiyi xəbərə görə, bu barədə respublikanın hüquq-mühafizə orqanlarından mənbə bildirib.
"Əməliyyat-axtarış tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Şamil rayonunun Teletl kəndi yaxınlığında iki yaraqlını aşkar edib, lakin yaraqlılar silahı buraxıb təslim olmaqdan imtina edib. Əməliyyat zamanı onlar məhv edilib", - mənbədən bildirilib.
Yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir. İlkin məlumatlara görə, onlar yerli cinayətkar dəstənin üzvləri olub.