Yuxarı
    Bağlamaq

    ​Dağıstanda iki silahlı öldürülüb

    Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, öldürülən və ya yaralananların sayı hələ dəqiqləşdirilir

    Bakı. 27 may. REPORT.AZ/ Dağıstanın Kurax rayonu ərazisində meşədə keçirilən xüsusi əməliyyat nəticəsində ilkin məlumata əsasən, iki silahlı öldürülüb.

    "Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

    Xəbərə görə, səhər tezdən Rusiya Federal orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbiri keçirərkən, onlara atəş açılıb. Cavab atəşi nəticəsində silahlılar öldürülüb.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, öldürülən və ya yaralananların sayı hələ dəqiqləşdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi