​Dağıstanda iki silahlı öldürülüb

​Dağıstanda iki silahlı öldürülüb Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, öldürülən və ya yaralananların sayı hələ dəqiqləşdirilir
Region
27 May , 2015 09:37
​Dağıstanda iki silahlı öldürülüb

Bakı. 27 may. REPORT.AZ/ Dağıstanın Kurax rayonu ərazisində meşədə keçirilən xüsusi əməliyyat nəticəsində ilkin məlumata əsasən, iki silahlı öldürülüb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Xəbərə görə, səhər tezdən Rusiya Federal orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbiri keçirərkən, onlara atəş açılıb. Cavab atəşi nəticəsində silahlılar öldürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, öldürülən və ya yaralananların sayı hələ dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi