Yuxarı
    Bağlamaq

    Con Kerri Moskvada Dağlıq Qarabağ məsələsinin həllini müzakirə edəcək

    ABŞ dövlət katibi Rusiyanın yüksək vəzifəli nümayədələri ilə Suriya, Ukrayna, Dağlıq Qarabağ münaqişələrini müzakirə edəcək

    Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri iyulun 14-də Rusiyaya səfər edəcək.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
    "Con Kerri iyulun 14-də Moskvaya gələrək Rusiyanın yüksək vəzifəli nümayədələri ilə Suriya, Ukrayna, Dağlıq Qarabağ münaqişələrini və digər məsələləri müzakirə edəcək" – deyə Kirbi brifinqdə bildirib.

    Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Pavel Klimkin də Kerrinin Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi