Con Kerri Moskvada Dağlıq Qarabağ məsələsinin həllini müzakirə edəcək

Con Kerri Moskvada Dağlıq Qarabağ məsələsinin həllini müzakirə edəcək ABŞ dövlət katibi Rusiyanın yüksək vəzifəli nümayədələri ilə Suriya, Ukrayna, Dağlıq Qarabağ münaqişələrini müzakirə edəcək
Region
11 İyul , 2016 22:34
Con Kerri Moskvada Dağlıq Qarabağ məsələsinin həllini müzakirə edəcək

Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri iyulun 14-də Rusiyaya səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
"Con Kerri iyulun 14-də Moskvaya gələrək Rusiyanın yüksək vəzifəli nümayədələri ilə Suriya, Ukrayna, Dağlıq Qarabağ münaqişələrini və digər məsələləri müzakirə edəcək" – deyə Kirbi brifinqdə bildirib.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Pavel Klimkin də Kerrinin Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib.  

Son xəbərlər

Orphus sistemi