Yuxarı
    Bağlamaq

    Çavuşoğlu: "Türkiyə XİN-i "erməni soyqırımının" tanınmasına qarşı mübarizəni davam etdirəcək"

    Bu işə biz həm ictimai təşkilatları, həm də alimləri cəlb etmişik

    Bakı. 11 fevral. REPORT.AZ/ "Türkiyə Xarici İşlər Nazirliyi "erməni soyqırımının" tanınmasına qarşı mübarizəni davam etdirəcək".

    "Report" "Turkiye Gazetesi"nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    Nazir vurğulayıb ki, Türkiyə XİN digər strukturlarla birgə erməni iddialarına qarşı türk tərəfinin dəlillərini təqdim edəcək: "Bu işə biz həm ictimai təşkilatları, həm də alimləri cəlb etmişik".

    Ermənistan prezidentinin Çanaqqala döyüşünün 100-cü ildönümünə həsr olunan tədbirlərə dəvəti haqqında danışan Çavuşoğlu bildirib ki, ermənilərə də döyüşdə iştirak etdiyinə görə dəvət göndərilib, iştirak edib-etməmək haqqında qərarı isə dəvəti alan prezidentlər özləri həll edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi