Çavuşoğlu: "Türkiyə XİN-i "erməni soyqırımının" tanınmasına qarşı mübarizəni davam etdirəcək"

Çavuşoğlu: "Türkiyə XİN-i "erməni soyqırımının" tanınmasına qarşı mübarizəni davam etdirəcək" "Bu işə biz həm ictimai təşkilatları, həm də alimləri cəlb etmişik"
Region
11 Fevral , 2015 09:58
Çavuşoğlu: Türkiyə XİN-i erməni soyqırımının tanınmasına qarşı mübarizəni davam etdirəcək

Bakı. 11 fevral. REPORT.AZ/ "Türkiyə Xarici İşlər Nazirliyi "erməni soyqırımının" tanınmasına qarşı mübarizəni davam etdirəcək".

"Report" "Turkiye Gazetesi"nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir vurğulayıb ki, Türkiyə XİN digər strukturlarla birgə erməni iddialarına qarşı türk tərəfinin dəlillərini təqdim edəcək: "Bu işə biz həm ictimai təşkilatları, həm də alimləri cəlb etmişik".

Ermənistan prezidentinin Çanaqqala döyüşünün 100-cü ildönümünə həsr olunan tədbirlərə dəvəti haqqında danışan Çavuşoğlu bildirib ki, ermənilərə də döyüşdə iştirak etdiyinə görə dəvət göndərilib, iştirak edib-etməmək haqqında qərarı isə dəvəti alan prezidentlər özləri həll edir. 

Son xəbərlər

Orphus sistemi