​Çanaqqala tədbirinə 80 dövlətin təmsilçisi qatılacaq

​Çanaqqala tədbirinə 80 dövlətin təmsilçisi qatılacaq Tanju Bilgiç: "Əsas məsələ Avropa İttifaqı qurumlarının bu məsələdə düşündükləridir"
Region
16 Aprel , 2015 18:39
​Çanaqqala tədbirinə 80 dövlətin təmsilçisi qatılacaq

Bakı. 16 aprel. REPORT.AZ/ Çanaqqala zəfərinin 100 illiyinə həsr edilən anım tədbirinə 80 dövlətin təmsilçisi qatılacaq.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç növbəti həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, aprelin 23-də İstanbulda Konqres Mərkəzində Barış Sammiti təşkil ediləcək. Bu tədbirə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Avstraliya və Yeni Zelandiyanın baş nazirləri, İraq prezidenti, Avropa Şurasının baş katibi Turbyörn Yaqland da qatılacaqlar. Zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məruzə ilə çıxış edəcək.

T.Bilgiç deyib ki, aprelin 24-də isə Çanaqqala tədbirinə 21 dövlət başçısı, 2 ölkənin parlament sədri, 3 dövlətin prezident müavinləri, 5 baş nazir, 2 keçmiş prezident, 4 beynəlxalq təşkilatın baş katibləri, 8 nüfuzlu şəxs qatılacaq.

Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirən sözçü deyib: "Avropa İttifaqı ilə Avropa Parlamentini bir-birindən ayırmaq lazımdır. Əsas məsələ Avropa İttifaqı qurumlarının bu məsələ haqda düşündükləri, atacaqları addımlardır".

Son xəbərlər

Orphus sistemi