​Ərdoğan: "Çanaqqala qələbəsi bu millətin 200 illik uğursuz taleyini əksinə çevirib"

​Ərdoğan: "Çanaqqala qələbəsi bu millətin 200 illik uğursuz taleyini əksinə çevirib" "Yüz il əvvəl yazılan bu şanlı eposdan çox yaxşı dərslər çıxarmağımız lazımdır"
Region
14 Mart , 2015 13:03
​Ərdoğan: Çanaqqala qələbəsi bu millətin 200 illik uğursuz taleyini əksinə çevirib

Bakı. 14 mart. REPORT.AZ/ "Əcdadlarımız Çanaqqalada qazandığı möhtəşəm qələbə ilə bu millətin 200 illik uğursuz taleyini əksinə çevirib".

"Report"un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "twitter" sosial şəbəkəsindəki şəxsi hesabında Çanaqqala qələbəsinin 100-cü ildönümü münasibətilə yazdığı təbrikində qeyd edib.

"Çanaqqala qələbəsi yüz minlərlə gəncimizin şəhid, veteran kimi ömürlərinin baharında sönməsi bahasına əldə edilən bir qələbədir. Çanaqqala qələbəsinin nəticələrini çox yaxşı dəyərləndirməliyik. Yüz il əvvəl yazılan bu şanlı eposdan çox yaxşı dərslər çıxarmağımız lazımdır", - Ərdoğan əlavə edib.

Son xəbərlər

Orphus sistemi