​Çanaqqala-100 tədbiri başlayıb

​Çanaqqala-100 tədbiri başlayıb Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edir
Region
24 Aprel , 2015 17:15
​Çanaqqala-100 tədbiri başlayıb

Bakı. 24 aprel. REPORT.AZ/ Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan tədbirdə 17 dövlətin başçısı, 3 parlament sədri, 3 prezident müavini, 5 baş nazir, bir keçmiş prezident, 28 nazir və 6 beynəlxalq təşkilatın baş katibləri ilə yanaşı, 90 ölkənin yüksək səviyyəli rəsmisi iştirak edir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbir bu gün Yəhya Çavuş Şəhidlər Məscidində cümə namazı ilə başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və müsəlman dövlətlərinin liderləri birlikdə cümə namazı qılıblar.

Namazdan sonra Mehmetcik xatirə kompleksindəki proqramla tədbir davam edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İngiltərə vəliəhdi şahzadə Çarlz şəhidlər abidəsinin önünə əklil qoyub.

Bundan sonra sayğı duruşu edilib, İstiqlal marşı oxunub, Çanaqqala cəbhəsində savaşan dövlətlərin bayraqları qaldırılıb. Çanaqqala cəbhəsində şəhid və həlak olan əsgərlərin ruhlarına dua oxunub.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək. Ardınca uşaq xoru və mehtər dəstəsi çıxış edəcək. Tədbirdə Mustafa Kamal Atatürkün Çanaqqala savaşından sonrakı müraciəti də oxunacaq.

Son xəbərlər

Orphus sistemi