Yuxarı

Bu gün Gürcüstanın hakim partiyasının yeni sədri məlum olacaq

“Gürcü arzusu - demokratik Gürcüstan” Partiyasının IV qurultayı keçiriləcək

Tbilisi. 14 may. REPORT. AZ/ Bu gün Tbilisidə hakim “Gürcü arzusu - demokratik Gürcüstan” Partiyasının (Kartuli osneba - demakratiuli Sakartvelo) IV qurultayı keçiriləcək.

"Report" xəbər verir ki, qurultayda partiyanın yeni sədri, həmçinin siyasi şuranın tərkibi yenidən seçilərək təsdiqlənəcək. Partiyanın sədri vəzifəsinə baş nazir Georgi Kvirikaşvilinin seçiləcəyi gözlənilir.

Ötən ilin dekabrında baş nazir İrakli Qaribaşvilinin istefasından sonra partiyanın sədri postu da boşalmışdı. Partiyanı siyasi şura idarə edirdi.

Qurultaya keçmiş baş nazirlər Bidzina İvanişvili və İrakli Qaribaşvili, eyni zamanda “Gürcü arzusu” koalisiyasına daxil olan siyasi partiyaların sədrləri, ölkədəki qeyri-hökumət təşkilatlarının üzvləri və diplomatik korpusun nümayəndələri də dəvət olunublar.

Qeyd edək ki, "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası 2012-ci il aprelin 19-da biznesmen Bidzina İnavişvili tərəfindən yaradılıb. Hazırda partiyanın lideri də İvanişvilidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi