Bu gün Gürcüstanın hakim partiyasının yeni sədri məlum olacaq

Bu gün Gürcüstanın hakim partiyasının yeni sədri məlum olacaq “Gürcü arzusu - demokratik Gürcüstan” Partiyasının IV qurultayı keçiriləcək
Region
14 May , 2016 14:24
Bu gün Gürcüstanın hakim partiyasının yeni sədri məlum olacaq

Tbilisi. 14 may. REPORT. AZ/ Bu gün Tbilisidə hakim “Gürcü arzusu - demokratik Gürcüstan” Partiyasının (Kartuli osneba - demakratiuli Sakartvelo) IV qurultayı keçiriləcək.

"Report" xəbər verir ki, qurultayda partiyanın yeni sədri, həmçinin siyasi şuranın tərkibi yenidən seçilərək təsdiqlənəcək. Partiyanın sədri vəzifəsinə baş nazir Georgi Kvirikaşvilinin seçiləcəyi gözlənilir.

Ötən ilin dekabrında baş nazir İrakli Qaribaşvilinin istefasından sonra partiyanın sədri postu da boşalmışdı. Partiyanı siyasi şura idarə edirdi.

Qurultaya keçmiş baş nazirlər Bidzina İvanişvili və İrakli Qaribaşvili, eyni zamanda “Gürcü arzusu” koalisiyasına daxil olan siyasi partiyaların sədrləri, ölkədəki qeyri-hökumət təşkilatlarının üzvləri və diplomatik korpusun nümayəndələri də dəvət olunublar.

Qeyd edək ki, "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası 2012-ci il aprelin 19-da biznesmen Bidzina İnavişvili tərəfindən yaradılıb. Hazırda partiyanın lideri də İvanişvilidir.

Son xəbərlər

Orphus sistemi