Yuxarı
    Bağlamaq

    Fikri İşık: "Bölgədəki bütün münaqişələr ölkələrin ərazi bütövlüyü əsasında həll olunmalıdır"

    Üç ölkənin əməkdaşlığı Qafqazda sülhün, təhlükəsizliyin və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir

    Batumi. 23 may. REPORT.AZ/ “Bizim regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərdə nümayiş etdirdiyimiz birgə mövqe bütün dünya üçün örnək olacaq”.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Fikri İşık mayın 23-də Batumidə keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, hər üç ölkənin yerləşdiyi coğrafiya, neft, təbii qaz və digər enerji resurslarından istifadə, eləcə də boru kəmərlərinin və digər infrastruktur layihələrinin təhlükəsizliyi bütün dünyanın diqqət mərkəzindədir: "Türkiyə, Azərbaycan və Gürcüstan arasında qədim tarixi olan dostluq əlaqələri var. Siyasi, iqtisadi sahədə çox gözəl münasibətlərimiz var. Bu da bizə hərbi sahədə əməkdaşlığımızı daha da genişləndirməyə və inkişaf etdirməyə imkan yaradır. Bizim dövlət başçılarımızın, xarici işlər və müdafiə nazirlərimizin birgə zirvə görüşlərinin keçirilməsi ənənəvi hal alıb".

    Nazir Türkiyə baş nazirinin böyük bir nümayəndə heyəti ilə Tbilisiyə səfərinə də toxunub: “Bu səfər və bizim üçtərəfli görüşümüz ortaq iş birliyimizlə yanaşı, Qafqazda sülhün, təhlükəsizliyin və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Biz üçtərəfli görüşümüzdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün toxunulmazlığını bir daha qeyd etdik, bölgədəki bütün münaqişələrin ölkələrin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyini qeyd etdik”, - Türkiyənin müdafiə naziri vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi