Bişkekdə Xocalı faciəsi ilə bağlı tədbir keçirilib - FOTO

Bişkekdə Xocalı faciəsi ilə bağlı tədbir keçirilib - FOTO Bişkek şəhərinin Mərkəzi Kitabxanasında “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu” (TDSDF), “Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi”, “Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə dair anım mərasimi keçirilib.
Region
27 Fevral , 2020 13:34
Bişkekdə Xocalı faciəsi ilə bağlı tədbir keçirilib - FOTO

Bişkek şəhərinin Mərkəzi Kitabxanasında “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu” (TDSDF), “Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi”, “Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə dair anım mərasimi keçirilib.

“Report” Qırğız Respublikası KİV-nə istinadən xəbər verir ki, tədbirdə çıxış edən TDSDF prezidenti Nüsrət Məmmədov deyib:

“Xocalı kədər və qəhər rəmzidir. Üstündən 28 il keçsə də, Xocalı yarası sağalmayıb və görünür, heç vaxt da sağalmaz. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlıları MDB birləşmiş silahlı qüvvələrinə məxsus 366-cı alayının bəzi hərbçilərinin də iştirakı ilə Xocalı şəhəri və ətrafında ağlasığmaz vəhşiliklər törədiblər. 613 nəfər, o cümlədən qadınlar, uşaqlar, qocalar əmənsızlıqla qətlə yetiriliblər”.

Natiq Xocalının ədalət gözlədiyini, amma bu qırğını törədənlərin hələ də məhkəmə qarşısına çıxarılmadığını xatırladıb.

Tədbirin bütün iştirakçılarına TDSDF-nin sifarişilə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpaqlarındakı əməlləri haqqında tarixi həqiqətlər” adlı kitabın nüsxələri təqdim olunub. 

Həmçinin fondun sifarişilə qırğız dilində dublaj edilmiş “Xoca” filmi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi