Yuxarı

Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci ilin hadisələrini araşdırmaq üçün Gürcüstana gələcək

Kvirikaşvili: Ədliyyə Nazirliyi onlarla fəal rejimdə əməkdaşlıq edəcək və bütün zəruri informasiyanı təqdim edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 2008-ci ildə Rusiya və Gürcüstan arasında baş vermiş müharibənin araşdırılması çərçivəsində Gürcüstan tərəfinin materiallarını öyrənmək üçün fevralın sonunda Gürcüstana gələcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili məlumat verib.

"BCM nümayəndələri fevralın 27-də Gürcüstana gələcək. Təbii ki, bizim Ədliyyə Nazirliyi onlarla fəal rejimdə əməkdaşlıq edəcək və bütün zəruri informasiyanı təqdim edəcək. Biz etnik təmizləmə, məhbuslara işgəncə verilməsi məsələləri, eləcə də Gürcüstanda artıq istintaqı aparılmış və lazımi materialların əldə edildiyi məsələlərlə bağlı bütün materiallarımızı BCM rəsmiləriylə paylaşmaqda çox maraqlıyıq. İstəyimiz bu məsələnin siyasi həllinin əhəmiyyətinin yenidən beynəlxalq formatda qaldırılmasıdır", - deyə G.Kvirikaşvili Münhen Təhlükəsizlik Konfransında BCM-in prokuroru Fatu Bensuda ilə görüşün yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi