Yuxarı
    Bağlamaq

    Belarus prezidenti MDB-nin perspektivindən narahat olduğunu bildirib

    Aleksandr Lukaşenko: Ölkələrimiz tərəfindən inteqrasiyanın inkişafının yekunlarından narazılıqla bağlı əsaslandırılmış tənqidlər çoxalıb

    Bakı. 28 oktyabr. REPORT.AZ/ "Çoxsaylı tənqidi suallar yığılıb qaldığından MDB və Avrasiya İqtisadi İttifaqının perspektivi Belarusda narahatlıq doğurur".

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko MDB və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət təmsilçiləri ilə görüşdə vurğulayıb.

    "Ölkələrimiz tərəfindən inteqrasiyanın inkişafının yekunlarından narazılıqla bağlı əsaslandırılımış tənqidlər çoxalıb. Ticarətlə bağlı həyəcanlı siqnallar eşidilir", - deyə Belarusun dövlət başçısı bildirib.

    Qeyd edək ki, bu görüşdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi