Yuxarı
    Bağlamaq

    ​BƏƏ-də göyərtəsində narkotik maddə olan İrana məxsus gəmi saxlanılıb

    Ümumilikdə, 10 nəfər həbs olunub

    Bakı. 22 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) güc strukturları göyərtəsində külli miqdarda narkotik maddə olan İrana məxsus gəmini saxlayıblar.

    "Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

    Məlumata görə, gəmi ölkənin Şarca əmirliyinin Xaled limanında saxlanılıb. Gəmidə İran əsillli qanunsuz mühacir və qadağan olunan yük olub.

    Xəbərdə bildirilib ki, orada 11,5 kq tiryək, həb formasında bir neçə bağlama narkotik maddə aşkar edilib.

    Ümumilikdə, 10 nəfər həbs olunub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi