Yuxarı
    Bağlamaq

    BAEA-nın baş direktoru İran prezidenti ilə danışıqlar aparmaq üçün Tehrana gəlib

    Yukiya Amano, həmçinin İranın Atom Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə görüşəcək

    Bakı. 18 yanvar. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano Tehrana gəlib. "Report" AFP agentliyinə istinadən xəbər verir ki, səfərin məqsədi İran prezidenti Həsən Ruhani ilə danışıqlar aparmaqdır.

    Agentliyin məlumatına görə, Y.Amano həmçinin İranın Atom Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə görüşəcək. Görüşün məqsədi rəsmi Tehranın "altılıq"la razılaşma çərçivəsində yerinə yetirməli olduğu öhdəliklərin monitorinqinin müzakirəsidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi