Yuxarı
    Bağlamaq

    Azərbaycanın XİN başçısının müavini ATƏT-in Ermənistandakı ofisinin bağlanması məsələsini şərh edib

    ATƏT-in Yerevan ofisinin Ermənistan-Azərbaycan münaqişəsinin aspektlərinə toxunmamasını tələb edirdik

    Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Ermənistandakı ofisinin bağlanması məsələsini şərh edib.

    "Report" xəbər verir ki, A.Əlizadə ATƏT-in Yerevan ofisinin bağlanmasının Azərbaycanın legitim tələblərinə əsaslandığını bildirib.

    "ATƏT-in Yerevan ofisinin Ermənistan-Azərbaycan münaqişəsinin aspektlərinə toxunmamasını tələb edirdik. Bu məsələ qaldırılmışdı və nəticə olaraq Avstriya sədrliyi müəyyən addımlar atdı. Lakin Ermənistan tərəfi buna razılıq vermədi. Belədə Avstriya və ATƏT-in digər üzvləri narazılıqlarımızı qəbul edərək belə qərara gəldilər ki, bu halda Yerevan ofisi fəaliyyətini davam edə bilməz. Proses artıq başlayıb və təxminən 3 ay sonra başa çatacaq", - deyə o vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi