Azərbaycanlı qadına türkiyəli həyat yoldaşının qaraciyəri köçürülüb - FOTO

Azərbaycanlı qadına türkiyəli həyat yoldaşının qaraciyəri köçürülüb - FOTO O, hamilə olarkən qaraciyər serrozu səbəbindən ilk övladını itirib
Region
15 Sentyabr , 2016 14:27
Azərbaycanlı qadına türkiyəli həyat yoldaşının qaraciyəri köçürülüb - FOTO

Bakı.15 sentyabr. REPORT.AZ/ Əslən Azərbaycandan olan 34 yaşlı Könül Paksoy həyat yoldaşı 47 yaşlı, Türkiyə vətəndaşı Aydın Paksoyun sayəsində sağlamlığına qovuşub.

"Report" Haberler-ə istinadən xəbər verir ki, Könül Paksoya həyat yoldaşının qaraciyəri köçürülüb.

Azərbaycanlı qadın dörd il əvvəl hamilə olarkən qaraciyər serrozu səbəbindən ilk övladını itirib. Ötən il dünyaya körpə gətirdikdən sonra həmin xəstəlik onda yenidən baş qaldırıb. Həyat yoldaşından köçürülən qaraciyər nəticəsində Könül Paksoy sağalıb. 

Son xəbərlər

Orphus sistemi