Azərbaycanla İran arasında ticarəti genişləndirmək məqsədi ilə əməkdaşlıq razılaşması imzalanıb

Azərbaycanla İran arasında ticarəti genişləndirmək məqsədi ilə əməkdaşlıq razılaşması imzalanıb Bakı. 16 iyul. REPORT.AZ/ İranın Gömrük Administrasiyası ilə Azərbaycan Respublikası, o cümlədən Naxçıvan Muxtar Respublikası arasında ticarəti genişləndirmək və asanlaşdırmaq məqsədi ilə əməkdaşlıq razılaşması imzalanıb.
Region
16 İyul , 2018 10:20
Azərbaycanla İran arasında ticarəti genişləndirmək məqsədi ilə əməkdaşlıq razılaşması imzalanıb

Bakı. 16 iyul. REPORT.AZ/ İranın Gömrük Administrasiyası ilə Azərbaycan Respublikası, o cümlədən Naxçıvan Muxtar Respublikası arasında ticarəti genişləndirmək və asanlaşdırmaq məqsədi ilə əməkdaşlıq razılaşması imzalanıb.

“Report” “azeri.sahartv”yə istinadən xəbər verir ki, İran gömrüyünün baş direktoru Forud Əsgəri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşlərdə gömrük problemlərinin həlinin sürətləndirilməsini vurğulayıb.

İran İslam Respublikası gömrük idarəsinin baş direktoru Azərbaycan Respublikasının gömrük işçiləri üçün insan alverinin və narkotik maddələrin aşkar edilməsi üzrə təlim kurslarının keçirilməsi təklifini verib. Təklif qarşı tərəfdən müsbət qarşılanıb.

İran İslam Respublikası gömrük idarəsinin baş direktoru və Naxçıvan Muxtar Respublikası ali məclisi sədrinin görüşündə isə tərəflər sığorta haqqının eyniləşdirilməsi, Biləsuvar və Astara gömrükləri əməliyyatlarının sutkalıq icrası, gül-bitki və diri mal-qara tranziti üçün Poldəşt gömrüyündə karantin məmurlarının iştirakı, vacib qonaqların gediş-gəlişi üçün xüsusi xətt lisenziya və viza verilməsinin asanlaşdırılmasını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi