Azərbaycana Gürcüstandan yük maşınlarının idxalı 2,3 dəfə artıb

Azərbaycana Gürcüstandan yük maşınlarının idxalı 2,3 dəfə artıb Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 720 ədəd yük maşını idxal edib.
Region
19 İyul , 2019 13:42
Azərbaycana Gürcüstandan yük maşınlarının idxalı 2,3 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 720 ədəd yük maşını idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən alınan yük maşınlarının ümumi dəyəri 4 mln. 862,5 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı 408 ədəd və ya 2,3 dəfə çoxdur.

Ötən ilin birinci yarısında Azərbaycan Gürcüstandan 2 mln. 123,3 min dollar dəyərində 312 ədəd yük maşını idxal edib. 

Son xəbərlər

Orphus sistemi